CƏMİYYƏT


General olmaq arzusu ilə yaşayan məktəbli yol kənarında saatlarla gözləyib əsgərlərə hərbi salam verir- REPORTAJ

Yaşının az olmasına baxmayaraq, əsgərlərə hərbi salam vermək üçün yol kənarında bəzən saatlarla gözləyir. Bir hərbçi avtomobilinin yolu keçməsi isə onun böyük sevincinə səbəb olur. Qamətini düzəldib avtomobil uzaqlaşana qədər hərbi salam vəziyyətində durur... Bu dəfə xəbərimizin qəhrəmanı Qazaxın Daş Salahlı kəndində yaşayan II sinif şagirdi Elton Xıdır oğlu Hacızadədir.