CƏMİYYƏT


Bayramovlar ailəsi: Kəlbəcərimizin azad olunmasına görə sevincimizin həddi-hüdudu yoxdur

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbənin sevincini yaşayanlar arasında 27 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən doğma yurdlarından didərgin salınmış Kəlbəcər sakinləri də var. Bu gün – noyabrın 25-də Kəlbəcərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi bu rayonun sakinlərinin 27 illik doğma yurd, Vətən həsrətinə son qoydu. Bütün xalqımız, o cümlədən kəlbəcərlilər bu günü sonsuz bir sevinc hissi ilə qeyd edirlər.