SİYASƏT


Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimləri yekunlaşır

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin Konyada keçirilən “TURAZ Şahini 2015” birgə təlimləri çərçivəsində martın 31-də müşahidə və media turu keçirilib. Təlimlərdə Türkiyə Hava Qüvvələrindən üç ədəd F-16, üç ədəd F-4E 2020, iki ədəd AS-532, iki ədəd UH-1H helikopterləri və havadan xəbərdarlıq-nəzarət təyyarəsi, Azərbaycan Hava Qüvvələrindən isə üç ədəd MİQ-29, üç ədəd SU-25 və dörd ədəd MI-17 helikopteri iştirak edib.