DÜNYA


Türkiyənin məşhur müğənnisi Kayahan Açar vəfat edib

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Müğənni uzun müddət xərçəng xəstəliyindən müalicə olunub. 1990-cı ildə müğənniyə xərçəng diaqnozu qoyulub. Uzun müalicədən sonra o sağlamlığına qovuşub. 11 il sonra xəstəlik yenidən baş qaldırıb. Dörd əməliyyat və radiotearpiya müalicəsi sayəsində sağlamlığına qovuşan müğənni üçüncü dəfə xərçəngə yaxalanıb. Bu dəfəki müalicələr isə nəticə verməyib.