MƏDƏNİYYƏT


Bakıda “AITF-2015” 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisi davam edir

AZƏRTAC xəbər verir ki, on dörd ildir ki, ölkəmiz belə bir möhtəşəm beynəlxalq turizm sərgisinə ev sahibliyi edir. Qeyd edək ki, sərgidə iştirak edən şirkətlərin sayı ilbəil artır. Bu il də dünyanın 42 ölkəsini təmsil edən ümumilikdə 371 şirkət iştirak edir. Onların sırasında turoperatorlar, milli turizm təşkilatları, mehmanxana şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və SPA mərkəzləri, idman və ekoloji turizm obyektləri var. Dünyanın 17 ölkəsi, o cümlədən Argentina, Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İran, Malayziya, Maldiv Respublikası, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya, Tailand öz milli stendlərini təqdim edirlər. Sərgiyə olan maraq bir daha sübut edir ki. “AITF” sərgisi bütövlükdə turizm sənayesi üzrə beynəlxalq görüş platforması olaraq regionda liderdir.