CƏMİYYƏT


Milli Məclisdə autizm xəstələrinin sosial müdafiəsi ilə bağlı qanun layihəsi müzakirə olunacaq

Azərbaycan Autizm Maarifləndirmə Günü ilə bağlı dünya miqyasında keçirilən Light It Up Blue (“Göy işıq yandır”) adlı beynəlxalq layihəyə qoşulub. Kampaniya çərçivəsində məşhur abidələr və görməli yerlər aprelin 2-dən başlayaraq mavi rəngdə işıqlandırılır. Milli Məclisinin sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı AZƏRTAC-a müsahibəsində Azərbaycanın bu layihəyə qoşulmasının xüsusi əhəmiyyətini vurğulayıb. Mətanət İbrahimqızının sözlərinə görə, Autizm Maarifləndirmə kampaniyası çərçivəsində Milli Məclisin sosial siyasət komitəsinin iclası keçiriləcək. İclasda autizmin sosial müdafiə və reabilitasiyası ilə bağlı qanun layihəsi də müzakirə olunacaq.