MƏDƏNİYYƏT


“Yarımdünya” filmi təqdim olundu

Aprelin 6-da türk rejissor və kinoaktyoru Osman Albayrakın "Yarımdünya" filminin qapalı nümayişi keçirilib. Nümayişdə filmin yaradıcı kollektivi və məbuat nümayəndələri iştirak edib. Filmdə müğənni Miri Yusif, aktyorlar Gülsara Rzayeva, Osman Albayrak, Kamran Ağabalaev, Pərvin Abıyeva və başqaları çəkilib. Filmin saundtreklərindən olan "İstə" mahnısının söz və musiqisinin müəllifi Miri Yusifdir. Qeyd edək ki, film aprelin 9-dan ölkənin bütün kinoteatrlarında nümayiş etdiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır