CƏMİYYƏT


Dünyasını dəyişənlərin pensiyasının yığım hissəsində toplanan vəsait varislərinə veriləcək

Əmək pensiyası ilə bağlı yenilik gözlənilir.Belə ki, əgər vətəndaş pensiyaya çıxmazdan öncə dünyasını dəyişərsə, pensiyasının yığım hissəsində toplanan vəsait varislərinə veriləcək. Dövlət Sosial Müdafiə Fondu bununla bağlı beynəlxalq təcrübəyə əsaslanaraq yeni layihə hazırlayır. Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə əmək pensiyası 3 komponentdən - baza, sığorta və yığım hissələrindən ibarətdir. Bunlardan yalnız yığım hissəsi hələ ki, aktiv olaraq fəaliyyət göstərmir. Fondun pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyev AZƏRTAC-a müsahibəsində yeni qanunun qəbulundan sonra pensiyanın yığım hissəsinin də aktivləşəcəyini bildirib.