CƏMİYYƏT


Cəlilabadakı 163 yaşlı kilsə yerli əhəmiyyətli memarlıq abidələrimizdən biridir

Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yerləşən bu kilsənin tarixi XIX əsrə gedib çıxır. Türkmənçay müqaviləsindən sonra Cəlilabada köçürülən rusların ibadəti üçün 1852-ci ildə tikilən kilsə 6 günbəzdən ibarətdir. Tikinti işlərini yerli memarlar apardığından kilsənin pəncərə və divarlarında yerli memarlıq üslubunun çalarları xüsusi ilə seçilir. Sovet İttifaqı dağıldıqdan sonra rusların əksəriyyəti öz dədə-baba yurdlarına qayıtdığından artıq kilsəyə ibadət etməyə gələn yoxdur. Qeyd edək ki, tikili 1878-ci ildən etibarən memarlıq abidəsi kimi təsdiq olunub. Bina yerli əhəmiyyətli memarlıq abidələrimizdən biridir.