CƏMİYYƏT


Birinci Avropa Oyunları ilə əlaqədar Nəqliyyat Nazirliyi 24 saatlıq iş rejiminə keçib

Birinci Avropa Oyunları zamanı işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı Nəqliyyat Nazirliyi artıq 24 saatlıq iş rejiminə keçib. Qurumun mətbuat katibi Namiq Həsənov AZƏRTAC-a müsahibəsində bildirib ki, oyunlar keçirilən müddətdə yarış obyektlərində və obyektləri əhatə edən ictimai yollarda avtomobilləri park etmək qadağan olunacaq. Bunun üçün həmin yollarda “parkinq yoxdur” nişanları qoyulacaq. N.Həsənov onu da qeyd etdi ki, bileti olan tamaşaçılar avtomobillərini yalnız “park et və get” parkinq ərazilərində saxlaya bilər və yarış zonalarına ekspress avtobuslarla gedə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır