SLAYDŞOU


Xorvatiyanın velosiped klubu “Bakı 2015” haqqında slayd hazırlayıb

AZƏRTAC xəbər verir ki, slaydda Xorvatiyada velosiped idmanının və turizminin təşviqi ilə məşğul olan “Pedalinac” velosiped klubu tərəfindən “Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə” layihəsinin həyata keçiriləcəyindən bəhs edilir. Layihəyə əsasən, 7 velosipedçinin mayın 5-də Xorvatiyanın Dubrovnik şəhərindən yol çıxaraq, təqribən 4000 kilometr məsafə qət etdikdən sonra Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etməsi planlaşdırılır. Təxminən 35-40 gün davam etməsi nəzərdə tutulan yürüş Xorvatiya-Monteneqro-Albaniya-Makedoniya-Yunanıstan-Bolqarıstan-Türkiyə-Gürcüstan-Azərbaycan marşrutu üzrə həyata keçiriləcək. Slaydda Azərbaycanın görməli yerlərinin fotoları da yer alıb.