DÜNYA


Balalar analarını belə tanıdılar

ABŞ, Avstraliya və Britaniyada mayın 10-da qeyd olunacaq Analar Günü münasibətilə hazırlanmış bu video internetdə baxış rekord vurur. AZƏRTAC “Daily Mail”ə istinadən bildirir ki, "Pandora" şirkəti tərəfindən çəkilən filmdə həm də eksperiment aparılıb. Bu eksperimentdə 6 ana və onların 6 övladı iştirak edib. Məqsəd isə hər bir övladın öz anasını gözübağlı tanıya biləcəyini dəqiqləşdirmək olub. Analar sıra ilə düzülüb, balacalar isə növbə ilə, gözübağlı halda onlara yaxınlaşıblar. Balacalar qarşılarında durmuş qadınlara toxunmaqla, əlin hərarəti, simanın cizgiləri, saçın qoxusu ilə öz analarını tapa biliblər.