DÜNYA


Türk Hava Yollarına məxsus təyyarədə yanğın olub

Türk Hava Yollarının "İstanbul - Milan" reysi üzrə hərəkət edən təyyarəsi havaya qalxdıqdan az sonra məcburi eniş edib. AZƏRTAC Türkiyənin CİHAN agentliyinə istinadən bildirir ki, səbəb təyyarənin mühərrikində başlayan yanğın olub. Təyyarə eniş edərkən mürərriki və gövdəsi alovlanmağa başlayıb. Yanğınsöndürmə xidməti hazır vəziyyətdə təyyarəni gözləyib, alov təcili söndürülüb və sərnişinlər evakuasiya ediliblər.