CƏMİYYƏT


Rusiya və MDB dövlətlərində istehsal olunan nəqliyyat vasitələrinin texniki baxış müddəti aprelin 30-da bitir

Yol hərəkətində istifadə olunan nəqliyyat vasitələri mütləq texniki baxışdan keçməlidir. Buna səbəb isə nəqliyyat vasitəsinin texniki sazlığının sübut edilməsidir. Bu həm də hərəkətin təhlükəsizliyinin təmin olunması deməkdir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a müsahibəsində bildirdi ki, Bu gün təsdiq edilən qrafikə uyğun olaraq ölkədə idarə edilən Rusiya və MDB istehsalı olan nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddəti aprelin 30-da bitir. Bu müddətdə texniki baxışdan keçməyən avtomobillər cərimə olunacaq.