MƏDƏNİYYƏT


"Euronews" Azərbaycan həyatına silsilə videosüjetlər həsr edib

AZƏRTAC xəbər verir ki, növbəti veriliş Göygöl şəhərinə həsr edilib. Süjetdə deyilir ki, 200 mindən çox etnik alman XX əsrin əvvəlinədək Qafqazda məskunlaşıb. Müasir Göygöl XX əsrin 40-cı illərinədək Helenendorf adlanıb. Süjetdə bildirilir ki, hazırda Göygöldə alman qalmayıb. İcmanın son nümayəndəsi Viktor Klyayn 2007-ci ildə 72 yaşında vəfat edib. Köhnə dostu, Fikrət İsmayılov onun mirasının qayğısına qalır. Sujetdə bildirilir ki, regionun arxitekturasında da alman təsiri aydın görünür. Köhnə sakinlərin sözlərinə görə, şəhər ilk su kəməri, aptek, qoşqu və faytonların hazırlanması üzrə mənfəətli emalatxanaya görə məhz alman köçkünlərinə borcludur. Müasir Göygöldə həmin dövrün təqribən 300 alman tikilisi qalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır