CƏMİYYƏT


Bakı Sərnişin stansiyasında Wi - Fi sistemi quraşdırılacaq

Xəbər verdiyimiz kimi, mart ayında Bakı Sərnişin stansiyasında yenidənqurma işlərinə start verilib. Hazirda vağzal binasının fasad və daxilində söküntü işləri aparılır. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov AZƏRTAC-a bildirib ki, vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, sərnişinlər binanın daxilində də bir sıra yeniliyin şahidi olacaqlar.