MƏDƏNİYYƏT


Laçının işğalından 28 il keçir

“Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzi təqdim edir: "Laçın–virtual səyahət". Azərbaycan və ingilis dillərində hazırlanan “Laçın - virtual səyahət” filmində bu rayonunun tarixi-mədəni abidələri, füsunkar təbiəti, görməli yerləri ətraflı təqdim edilir. Əsərdə Laçın rayonuna virtual səyahətə çıxan tamaşaçı Məşədi Mehralı körpüsü, orta əsrlərə aid Məlik Əjdər türbəsi, Kar kümbəz, Mağara qalası, Sultanbud türbəsi, V-VI əsrlərə aid Ağoğlan məbədi və s. abidələrlə tanış olur.