CƏMİYYƏT


Bakı-2015: müasir və fərqli piktoqramlar

“Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində Binəqədi rayonunda fərqli infrastruktur layihələri gerçəkləşdirilib. Rayonun girişində ilk Avropa Oyunlarında təmsil olunacaq idman növləri üzrə yarışacaq idmançıların fiqurlarından ibarət piktoqramlar inşa olunub. Bu piktoqramlar “SS production” tərəfindən hazırlanıb. Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai siyasi məsələlər üzrə şöbənin müdiri Nuridə Allahyarova AZƏRTAC-a müsahibəsində birinci Avropa oyunlarına bir il qalmış başlanan "Təmiz Binəqədi" layihəsinin nəticələrindən danışıb.