MƏDƏNİYYƏT


Gəncədə minlərlə gənc Ulu Öndərin canlı portretini yaratdı

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan qeyri-adi fləşmob təqdim edilib. 10 minə yaxın gənc Ümummilli Liderin xatirəsinə ehtiram olaraq Gəncə şəhərində onun adını daşıyan meydanda dahi şəxsiyyətin canlı portretini və imzasını yaradıblar. Qeyd edək ki, dünya və Azərbaycan rekordunu təzələyən Gəncə gənclərinin yaratdıqları bu canlı portret və imza Ginnesin Rekordlar Kitabına salınması üçün qeydə alınıb.