SİYASƏT


Almaniyanın “Berlin TV” kanalı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş reportaj yayımlayıb

AZƏRTAC xəbər verir ki, ölkəmizlə bağlı mühüm tarixi faktların əks olunduğu reportajda müsəlman dünyasının ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu zaman ərazisinin 114 min kvadrat kilometr təşkil etdiyi, Sovet dövründə isə bu ərazilərin böyük bir qisminin bolşeviklərin təzyiqi ilə Ermənistana verilməsi, 1992-ci ildə erməni vandalları tərəfindən törədilən Xocalı soyqırımı haqqında məlumat verilir. Reportajda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Milli Məclis sədrinin müavini Bahar Muradova və məcburi köçkün Ərşad Piriyevin münaqişə və onun həlli istiqamətində görülən işlər barədə fikirləri əks olunur.