İDMAN


Futbolçular I Avropa Oyunları ilə bağlı fləşmob keçirdi

"Vətən" futbol məktəbi "Bakı 2015" birinci Avropa Oyunları ilə bağlı fləşmob keçirib. AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi ölkəmizdə keçiriləcək yarışlara dəstək nümayiş etdirmək, paytaxt sakinlərində bayram ovqatı yaratmaq olub. Aksiya şəhərin müxtəlif küçə və meydanlarını əhatə edib.