CƏMİYYƏT


Binəqədidə yaşayış binası yanır

Mayın 19-da səhər saatlarında Binəqədi rayonunun ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir. Əlavə məlumat veriləcək.