CƏMİYYƏT


Səhiyyə Nazirliyi Bakıda baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

Son məlumatlara əsasən, 54 nəfər yaralı artıq təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. Bütün lazımi tibbi müdaxiləyə, həkimlərin səylərinə baxmayaraq aldıqları müxtəlif bədən xəsarətlərindən 16 nəfər dünyasını dəyişib. Hazırda yaralıların əksəriyyəti, 32 nəfəri 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, 5 nəfəri Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 2 nəfəri 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına, 1 nəfər isə Yanıq Mərkəzinə yerləşdirilib. Digər 10 nəfərə isə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib. Yanğın başlanan andan etibarən hadisə yerində çalışan 30 təcili tibbi yardım briqadası artıq qayıtmaq üzrədir. Lakin 3 briqada hazır vəziyyətdə hadisə yerində qalır.