SİYASƏT


Hacıbala Abutalıbov: Bakıda binaların penopolistiroldan hazırlanmış dekorativ üzlükləri sökülə bilər

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov AZƏRTAC-a müsahibəsində bildirib ki, hazırda istintaq gedir. Əgər yanğına səbəb kimi binanın üzlüyünün yanan material olduğu müəyyən edilsə və qərar verilsə ki, belə binaların hamısının üzlükləri sökülsün və onlar yanmayan materiallarla əvəz edilsin, bu qərar yerinə yetiriləcək.