CƏMİYYƏT


Nobel prospekti açılır

AZƏRTAC xəbər verir ki, Nobel prospektinin “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan və təmir olunan təqribən 700 metrlik son tamamlanma işləri görülür. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılan təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, yenisi ilə əvəz olunub. Ümumilikdə 13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib.Yol boyu 1400 paqon-metr səki daşı dəyişdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır