CƏMİYYƏT


Bakının rayonlarında yanğına həssas bina üzlükləri sökülür

AZƏRTAC xəbər verir ki, dünəndən başlayaraq Bakının bəzi rayonlarındakı binalardan penoplast tərkibli yanğına həssas olan üzlüklərin söküntüsünə başlanıb. Xətai Rayon Icra Hakimiyyətindən verilən məlumata görə, Zığ şossesi boyunca 14 bina və "Qara şəhər"də bir bina olmaqla ümumilikdə Xətai rayonu ərazisində 15 binanın üzlüyü dəyişdiriləcək. Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar mıəsələlər üzrə şöbə müdiri Nuridə Allahyarova AZƏRTACA bildirdi ki, Dövlət Komissiyasının rəyinə əsasən Binəqədidə yanan bina da daxil olmaqla hələki 5 hündürmərtəbəli binanın üzlükləri söküləcək. Şöbə müdiri Binəqədidə yanğına davamsız üzlüklü 24 belə binanın olduğunu açıqladı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır