SİYASƏT


Belqradda Azərbaycanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub

Belqradda 28 May-Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub. Əvvəlcə Azərbaycanın və Serbiyanın dövlət himnləri səsləndirilib. Çıxış edən ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov 97 il bundan əvvəl, 1918-ci il mayın 28-də tarixi “İstiqlal Bəyannamə”sinin qəbul edilməsi ilə Şərqdə, bütün müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və onun tarixindən bəhs edib.