CƏMİYYƏT


İspaniya - təkrarolunmaz memarlıq abidələri ölkəsi

Dünyanın hər yerindən qonaq qəbul edən dəniz kurortları, qədim məbədlər, təkrarolunmaz memarlıq abidələri ölkəsi İspaniya. Bura ilin bütün fəsillərində dincəlmək üçün gözəl məkandır. Amma yay mövsümündə, tətillər vaxtı İspaniyanın xüsusi yeri var. “Azərbaycan Hava Yolları” QSC, “Summer Tour” və “Terramar Group” turizm şirkətlərinin təşkilatçılığı ilə mayın 23-30-u Barselona, Tarraqon, Kosta Daurada, Salou və bir çox əsrarəngiz məkanlar Azərbaycan jurnalistlərinə təqdim olundu. Bu unudulmaz infotur Bakı-Barselona-Bakı ilk mövsümi aviareysin açılışı ilə başladı.