MƏDƏNİYYƏT


Kataloniya hökumətinin nümayəndəsi: Azərbaycanın bu tədbirə yüksək səviyyədə hazırlaşdığının şahidi olduq

İyunun 12-28 Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə Azərbaycan dünyanın idman tarixinə adını yazacaq. Bu yarışlarda Avropanın 49 ölkəsindən idmançılar iştirak edəcək. Dünyanın idman ölkələrindən biri kimi tanınan İspaniya Avropa Oyunlarına 216 idmançı ilə qatılacaq. Yay Olimpiya Oyunlarına 1992-ci ildə öz adlarını yazan ispanlar ilk Avropa Oyunlarının da nə qədər məsuliyyətli bir yarış olduğunu yaxşı bilirlər. Müsahiblərimizlə Avropa Oyunları, İspaniyanın bu yarışlarda iştirakı ilə bağlı danışdıq.