İDMAN


Komandamız birinci Avropa Oyunlarında liderlik edir

Azərbaycan birinci Avropa Oyunlarının üçüncü yarış günündə dördüncü qızıl medalını qazanıb. Bu, həm də karateçilərimizin üçüncü qızıl medalıdır. AZƏRTAC xəbər verir ki, qadınlar arasında kumite yarışlarında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı İrina Zaretska finalda avstriyalı Alisiya Tereza Buxingeri 8:1 hesabı ilə məğlub edərək birinci yeri tutub.