İDMAN


Daha bir güləşçimiz birinci Avropa Oyunlarında qızıl medal qazanıb Komandamızın qızıl medallarının sayı 6-ya çatıb

Azərbaycan güləşçiləri birinci Avropa Oyunlarında daha bir qızıl medal qazanıblar. AZƏRTAC xəbər verir ki, bu qızılı komandamızın aktivinə Elvin Mürsəliyev yazdırıb. Final görüşündə Serbiya idmançısı Viktor Nemesi məğlub edən Elvin Mürsəliyev Avropa Oyunlarının çempionu adını qazanıb. Rusiyalı Ç.Labazanov və Ukrayna güləşçi Dmitri Puşkov yarışı üçüncü pillədə başa vurublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri yarışı arenada izləyiblər. Medalları qaliblərə Prezident İlham Əliyev təqdim edib. Azərbaycan dövlət himni səsləndirilib, dövlət bayrağımız qaldırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır