DÜNYA


Möcüzəli Atatürk silueti yenə göründü

AZƏRTAC “İHLAS” agentliyinə istinadən xəbər verir ki, təbii möcüzə adlandırılan siluet hər il 15 iyun-15 iyul saat 17.55 ilə 18.05 arasında bir ay müddətində Ardahanda yerləşən Qaradağın yamaclarında meydana gəlir. Bu il havanın tutqun olması səbəbi ilə görüntü 5 gün gecikib. Bu il silueti heyvanları otlağa çıxaran İsmayıl Atam izləyib. İlk dəfə bu silueti 1954-cü ildə yuxarı Gündəş kəndində çoban Adıgözəl Qırmızıgül görüb. 1975-ci ildə isə jurnalist Ərdoğan Kumru ilk dəfə siluetin fotolarını çəkib. Müəllif 1988-ci ildə bu fotolara görə birincilik ödülü də qazanıb.