ELM VƏ TƏHSİL


Mütəxəssis : İyunun 30-da saatın 1 saniyə irəli çəkilməsinin fərdi kompüterlərə aidiyyatı yoxdur

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi iyunun 30-da saat 23:59-da dünya saatının 1 saniyə irəli çəkilməsi ilə əlaqədar, saat 23:58-də kompütürləri 5 dəqiqəlik söndürmək haqqında xəbərdarlıq edib. Bu xəbər ölkədə komputer istifadəçilər arasında narahatlıq doğursa da, Elektron Təhlükəsizlik Mərkəzinin mütəxəssisi Fərhad Rəhimli narahatlığa heç bir əsasın olmadığını bildirdi. Onun sözlərinə görə, bu xəbərdarlıq kompleks kompüter sistemlərinə aid olunur, yəni, bunun fərdi kompüterlərə heç bir aidiyyatı yoxdur.