İDMAN


Avropa Oyunlarında 16-cı qızıl medalı idmançımıza Prezident İlham Əliyev təqdim etdi

Azərbaycanın gənc boksçusu, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə finalda italiyalı Vincenzo Pikardini 3:0 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar. Bu çəki dərəcəsində bürünc medallara slovakiyalı Vilyam Tanko və almaniyalı Hamza Touba layiq görülüblər. Qaliblərin mükafatlandırılması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev medalları idmançılara təqdim edib.