İDMAN


Avropa Oyunlarında 18-ci qızıl medalı paralimpiyaçı cüdoçumuz İlham Zəkiyev qazandı

İyunun 26-da Azərbaycanın paralimpiyaçı cüdoçusu İlham Zəkiyev birinci Avropa Oyunlarında komandamızın aktivinə 18-ci qızıl medalı yazdı. AZƏRTAC xəbər verir ki, ikiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev finalda Ukrayna təmsilçisi Aleksandr Pominovu məğlub edərək “Bakı-2015”-in qızıl medalını qazanıb.