MƏDƏNİYYƏT


Şahdağ Qış-Yay Turizm Kompleksi yay mövsümünü açıq elan edib - AZƏRTAC-ın reportajı

Şimal bölgəsində turistlərin ən çox üz tutduqları məkanlardan sayılan Şahdağ Qış-Yay Turizm Kompleksi iyunun 15-dən etibarən yay mövsümünü açıq elan edib. Əyləncə-istirahət kompleksləri arasında özünəməxsus xidmətləri ilə seçilən mərkəzdə bu yay mövsümündə də turistlər üçün fərqli istirahət, əyləncə və gözəl təbiətdən zövq almaq imkanı yaradılıb.