İDMAN


Elvin Mürsəliyev: Qızıl medal qazanmağım və “Şöhrət” ordeni ilə təltif olunmağım qürurvericidir

“Bakı-2015”ə dair təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Elvin Mürsəliyev deyib: “Hər bir idmançı kimi mənim də arzum birinci Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil etmək, qızıl medal qazanmaqdır. Şükürlər olsun ki, birinci Avropa Oyunlarında buna nail oldum. Biz Oyunlarla bağlı hazırlıqlara 8 ay əvvəl başlamışdıq. 2015-ci ildə bizi ilk olaraq dünya kuboku yarışları gözləyirdi. Uğurla çıxış edərək dünya kubokunu qazandıq və Azərbaycana gətirdik. Yunan-Roma güləşi üzrə Azərbaycan millisi ilk dəfə bu uğura nail olmuşdu".