SİYASƏT


Milli mətbuatın yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib

Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri mərasim dövlət himninin səslənməsi ilə başladı. Sonra Azərbaycan milli mətbuatının inkişaf tarixi ilə bağlı film nümayiş olundu. Daha sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təltif edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələrinə mükafatlar təqdim olundu. Mükafatları Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim etdi.