CƏMİYYƏT


TQDK 2-ci və 3-cü qrup üzrə imtahan keçirib

Bütün binalarda saat 11:00-da başlayan bilik yarışı ənəyə uyğun olaraq 3 saat davam etdi. 29582 abituriyentin iştirakı nəzərdə tutulan imtahanda onlara ümumilikdə 125 test tapşırığı təqdim edilmişdi. İkinci ixtisas qrupunda riyaziyyat, coğrafiya və ana dili fənlərindən, üçüncü ixtisas qrupunda isə riyaziyyat, tarix və ana dili fənlərindən son dörd sual açıq tipli test tapşırıqları idi.