İDMAN


Güləşçimiz Ermənistan idmançısını məğlub etdi

AZƏRTAC xəbər verir ki, Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Güləşçilərimizdən yalnız ağır çəkidə mübarizə aparan Alimaqomed Alixmayev (100 kq) mübarizəni finala qədər davam etdirib. Türkiyə, Bolqarıstan və Gürcüstan pəhləvanları üzərində inamlı qələbə güləşçimizi finala yüksəldib. Həlledici görüşdə təmsilçimizin rəqibi Ermənistan idmançısı olub. Finalda bir dəqiqə ərzində rəqibini böyük hesablı (10:0) məğlubiyyətə məcbur edən idmançımız Avropa çempionatının qızıl medalına sahib olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır