CƏMİYYƏT


Azər Maqsudov: Ötən illə müqaisədə bu il ilan və əqrəb sancmalarının sayı azalıb

Hər il Azərbaycanda onlarla insan ilan və əqrəb sancmasından əziyyət çəkir. Belə halların çoxu insanların ehtiyatsızlığından baş verir. Builki qızmar yay aylarında ilansancma hadisələrinə daha çox Bakı və ətraf qəsəbələrdə rast gəlinib. Bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. O deyib ki, zəhərli əqrəblər Azərbaycanda rast gəlinən ən böyük təhlükə hesab olunur. İlanlar arasında isə ən təhlükəlisi gürzədir.