RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinin açılışında iştirak edib

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısına məlumat verildi ki, kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yanında sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib.