CƏMİYYƏT


Bakıda keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadası haqqında videoçarx

2015-ci il iyulun 20-29-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə Azərbaycanda 47-ci Dünya Kimya Olimpiadası keçirilib. Olimpiadanın Təşkilat Komitəsinin sədri MDU-nun Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevadır. Bu möhtəşəm bilik yarışmasında 75 ölkədən 300 gənc kimyaçı, 250-dən artıq kimya alimi, mütəxəssis, pedaqoq, müşahidəçi və qrup rəhbərləri iştirak ediblər. Olimpiadanın yekunlarına görə, 35 şagird qızıl, 63 nəfər gümüş, 92 nəfər isə bürünc medal qazanıb. Azərbaycanın iki təmsilçisi yarışın bürünc mükafatına layiq görülüb. Növbəti Kimya Olimpiadası Pakistanda keçiriləcək.