CƏMİYYƏT


İş vaxtının dəyişdirilməsi nəticəsində yollarda tıxacların sayı azalacaq

Artıq bir neçə aydır ki, ölkədə iş vaxtının dəyişdirilməsi haqqında müzakirələr davam edir. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində özəl sektorda fəaliyyət göstərən işəgötürənlərə və bankların rəhbərlərinə iş vaxtının daha tez başlanması haqqında müraciət ünvanlanıb.