DÜNYA


Məkkə şəhərində tikilməkdə olan bina çöküb

Səudiyyə Ərəbistanının Məkkə şəhərində tikilməkdə olan çoxmərtəbəli bina ikiyə ayrılaraq çöküb. AZƏRTAC TRT Haber-e istinadən xəbər verir ki, binadan qəribə səslər eşidən işçilər bu barədə səlahiyyətli şəxslərə bildirib və binanı tərk ediblər. Bu zaman işçilərdən biri qəflətən çökən binanı lentə ala bilib.