MƏDƏNİYYƏT


Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün növbəti şənlik təşkil olunub

Avqustun 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri üçün növbəti şənlik təşkil olunub. AZƏRTAC xəbər verir ki, şənlik Nizami rayonundakı 1, Xətai rayonundakı 3, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərindən və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzindən 200-dək uşağı bir araya gətirib. Xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşıladılar. Şənlik çərçivəsində uşaqlar yay günlərinin xoş ovqatını və qayğısız anlarını yaşadılar.