İDMAN


Azərbaycan güləşçisi dünya çempionatının qızıl medalını qazanıb

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. Yarışların dördüncü günündə 40, 46, 52, 60 və 70 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar yarışıblar. Azərbaycan yığması yalnız 52 kiloqram çəki dərəcəsində təmsil olunub. Güləşçimiz Leyla Qurbanova qızıl medal qazanıb.