MƏDƏNİYYƏT


“Azərbaycan portretləri”: italiyalı rejissorların filmi

İtaliyalı rejissorlar Marko Bellone və Covanni Konsonni Azərbaycan haqqında “Azərbaycan portretləri” adlı film hazırlayıblar. Videoda qeyd olunur ki, Xəzər sahilində yerləşən bu əsrarəngiz torpaqda daim alov şölələnir. Burada məbədlər təbiətin qüdrətinə ibadət etmək üçün tikilib. Bu alovu indi də çoxlu sayda yüksəkliklərin arxasından görmək olar.