İDMAN


Azərbaycan güləşçisi Hacı Əliyev ikiqat dünya çempionu adını qazanıb

ABŞ-ın Las-Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə dünya çempionatı davam edir. AZƏRTAC xəbər verir ki, çempionatın 5-ci günündə qadın güləşi üzrə 60 kiloqram, sərbəst güləş üzrə 61, 86 və 97 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib. Sərbəst güləşçilərimizdən Məhəmmədhacı Xatiyev (86 kq) və Xetaq Qazyumov (97 kq) Rio Olimpiadasına vəsiqə qazanmaqla Azərbaycan güləşçilərinin əldə etdiyi lisenziya sayını 10-a çatdırıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır