CƏMİYYƏT


Borc və kredit pulu ilə qurban kəsmək düzgün deyil

Sabah bütün müsəlman aləminin müqqəddəs bayramı olan Qurban bayramı qeyd olunacaq. İslam şəriətinə uyğun olaraq, hər bir müsəlman bu bayramda qurban kəsməlidir. Təzə Pir məscidinin axundu Hacı Cəlil Şahbazovun sözlərinə görə, Qurban bayramı günü qurban kəsmək Həcc ziyarətində olan müsəlmanlar üçün vacib, digər müsəlmanlar üçün isə müstəhəbdir, yəni vacibə yaxındır.